Sionist rejim ordusu Livanın cənubunu hədəfə aldığını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim ordusu bəyanat yayaraq Livanın cənubundakı Lebuna məntəqəsində Hizbullaha aid binanı hədəfə aldığını elan edib.
Bundan əvvəl Livan Hizbullahı dünən (2 mart) bəyanatında sionist rejimin Cəlləl İlam hərbi düşərgəsinə raket hücumu etdiyindən xəbər vermişdi.
Əl Əqsa Tufanı əməliyyatından sonra Livan Hizbullahıı Fələstin xalqına dəstək məqsədilə hər gün sionist rejimin hərbi mövqelərinə ağır zərbələr endirir.
Yəmən Ənsarullah hərəkatı da Fələstin müqavimətini himayə etmək üçün Qırmızı dənizdə İsrail məqsədli gəmilərə məhdudiyyət yaradaraq ABŞ və İngiltərənin hücumlarına cavab vermək məcburiyyətində qalıb.