Sionist rejim nazirlər kabineti administrasiyası Livan Hizbullahı ilə imzaladığı atəşkəs razılaşmasına əsasən 60 günlük müddətin başa çatmasına rəğmən, Livanın cənubunu tərk etməyəcəyini elan edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Hizbullah bəyanat yayaraq İsrail qüvvələrinin Livanın cənubundan tamamilə çıxarılması üçün 60 günlük müddətin sona yaxınlaşmasına işarə edərək, geri çəkilmədə hər hansı bir gecikmənin Livanın suverenliyi və beynəlxalq razılaşmanın açıq şəkildə pozulması olduğunu vurğulayıb.
Amma Netanyahu administrasiyası Livanın cənubundakı sərhədin qərb hissəsində İsrail ordusu razılaşmadakı geri çəkilmə cədvəlinə uyğun olaraq mövqelərini dəyişdirməyə başlayıb və elan edib ki, təyin olunan zamanda Livanın cənubundan geri çəkilmək imkanı yoxdur.