Sionist rejim İran və ABŞ arasında danışıqların qarşısını almaq üçün uğursuz cəhdlərdən sonra öz maraqları naminə bu danışıqların gedişatını dəyişməyə çalışır.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, sionist rejim İran və ABŞ arasında yersiz razılaşmadan narahatdır və danışıqlarda Tehranın raket proqramı və müqavimət oxuna toxunmadığından hiddətlənib.
Məlumata görə, sionist informasiya qaynaqları dünən axşam saatlarında (14 aprel) yazıb: İsrail rəsmiləri, xüsusilə də baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İran-Amerika danışıqları ilə bağlı mövqelərindən son dərəcə narahatdırlar. Əslində Trampın nə istədiyini bilmir və onun bu danışıqlarda qırmızı xətləri haqqında heç bir məlumatı belə yoxdur.
Bu təhlükəsizlik mənbəsi dünən Trampın İran İslam Respublikasının nüvə obyektləri ilə bağlı verdiyi açıqlamalara istinad edərək yazır: İran İsrail və ABŞ-ın mənafeyinə uyğun olmayan razılığa gəlrsə, bu, bizim üçün çox pis olacaq. ABŞ pis razılaşma ilə İsrailin hərəkətlərinə mane olacaq və bundan sonra İranın nüvə obyektlərinə hücum edə bilməyəcək.