Sionist rejim təhlükəsizlik işləri üzrə tədqiqat mərkəzi Qəzzə müharibəsində İsrailin qələbə çala bilmə təsəvvürünün belə çətin olduğunu etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail Təhlükəsizlik işləri üzrə tədqiqat mərkəzi hesabat yayıb. Hesabatda deyilir: Xalq artıq Nazirlər Kabineti və dövlət rəsmilərinə olan etimadını itirib. İnsanlar artıq Qəzzə müharibəsində qələbə çalınacağını təsəvvür belə edə bilmirlər.
Hesabatda həmçinin deyilir: Xalqla dövlət arasında böyük bir uçurum yaranıb və bu müharibədə qalib gəlmək hissini insanlarda azaldıb. Müharibə əsnasında dəyişən məqsədlər fikir ayrılığı və etimadsızlığı daha da artırıb.
Amma onu da yadda ssaxlamaq lazımdır ki, bu müharibədə qarşıya qoyulan iki məqsədin (Həmasın tamamilə məhv edilməsi və girovların azadlığı ) eyni zamanda baş tutma imkanı yoxdur. Bunlar ikisi bir arada ola bilməz. Elə bu cəhətdən də insanlar müharibədə qaliblik məsələsini təsəvvür edə bilmir – tədqiqat hesabatında qeyd edilir.
