Sionist rejimin xarici işlər naziri Bəhreynə səfər edərək paytaxt Manamada səfirliyin rəsmi açılışını elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Elo Kohen dünən (4 sentyabr) bəhreynli əməkdaşı Əbdül Lətif Əl Ziyani ilə birlikdə İsrail rejiminin bu ölkədə diplomatik nümayəndəliyini açıb.
Məlumata görə səfirlik sionist rejimin keçmiş müvəqqəti işlər üzrə nümayəndəliyi məkanında fəaliyyət göstərəcək.
Xatırladaq ki, İsrailin müvəqqəti işlər üzrə diplomatik nümayəndəliyi 2 il əvvəl dövrün XİN başçısı Yair Lapid tərəfidnən açılmışdı.
Bəhreynin “İslami Vəfa” Hərəkatının sədri Seyid Murtuza Əl Sənədi bu barədə deyib: Sionist rejimin XİN başçısı səfirlik açılışını etməklə xəyallara qapılmasın. Onların gördükləri yuxu çin çıxmayacaq, Bəhreyndə əbədi qala bilməyəcəklər. çünki onların varlıqları daimi deyil və hansısa bir ölkədə qalmaları da daimi olmayacaq. Bəhreyn xalqı sionist rejimi öz torpaqlarından paklayacaq.