Sionist rejim mediaları İzzəddin Əl Qəssam Batalyoları sözçüsünün əsir mübadiləsi zamanı o məkanda olduğunu iddia edir.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas-İsrail atəşkəs və əsir mübadiləsi razılaşmasının 4-cü raundu çərçivəsində BQXK-nin iştirakı ilə keçirilən girov mübadiləsi zamanı Əbu Übeydənin də o məkanda olduğunu iddia edib.
Hadshout İsrael internet portalı bu gün (1 fevral) iddia edib ki, israilli əsirlərin BQXK-yə təhvil verildiyi an Əbu Übeydə də orada idi.
Həmas hələ bu iddia barədə heç bir açıqlama verməyib.
Qeyd edəki ki bir neçə saat əvvəl Həmas 35 yaşlı Yarden Bibas və Fransa vətəndaşlığı olan 54 yaşlı israilli Ofer Kalderonu Xan Yunus və Qəzzə limanında Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.