Sionist rejim müharibə nazirliyinin mətbuat katibi İranın Doğru Vəd 2 əməliyyatında Tel Nouf və Təvanim hərbi bazalarının raketlə vurulduğunu təsdiqləyib.
İRNA-nın məlumatına əsasən, Daniel Haqari bu gün (5 oktyabr) işğal olunmuş Qüdsdə keçirdiyi mətbuat konfransında Livan müqavimətinin hücumlarında 11 hərbçinin həlak olması xəbərini verərkən hiyləgərcəsinə Beyrutla müharibə başlandığı vaxtdan Livanın 2 minə yaxın obyektini vurduqlarını iddia edib.
Daniel Haqari həmçinin Livanda Hizbullaha aid Əl Cəlil hərbi əməliyyatları üçün hazırlanmış təchizatlı 250 metrlik bir tuneli dağıtdıqlarını da iddia edərək deyib: İranın raket hücumlarında İsrailə ciddi xəsarət dəymədi.