Sionist rejimin müharibə naziri Qəzzə zolağının hər yerini işğal etmək fərmanı verib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Yesrail Katz bu gün (21 mart) çıxışında deyib ki, orduya Qəzzənin hər qarışını işğal etmək əmri verib və bütün məntəqələrin boşaldılması, tamamilə nəzarət altına alınmasını tapşırıb.
Yesrail Katz əlavə edib: Biz bunu öz ordu qüvvələrimizin müdafiəsi üçün edirik. Həmas əsirlərimizi azad etməzsə, daha çox torpaqlarını itirəcəklər.
Katzın bu iddiası elə bir haldadır ki, Həmasın indiyədək atəşkəs razılaşmasının şərtlərinə əməl etməsinə baxmayaraq, İsrail rejiminin liderləri, xüsusilə Netanyahu danışıqlara maneçilik törədərək Qəzzaya hücumları bərpa etmək üçün bəhanə yaradır.