QafqazTimes xəbər verir ki, sionist “Yediot Aharonot” qəzeti yazıb: Hizbullah sionist rejim üçün ən ciddi təhdiddir. Onların bizə qarşı yönəlmiş 150 min raketi var.”
Bu qəzet Hizbullah rəsmilərinin Livan və işğalçı rejimlə Kariş qaz yatağına görə yeni müharibə ehtimalı ilə bağlı xəbərdarlığına toxunaraq yazıb: “Hizbullah ötən illər ərzində hərbi qüdrətini artırıb və hazırda 100.000 təlim görmüş, yüksək hazırlıqlı döyüşçüsü var.”
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bəyan edib ki, onun işğal altındakı Fələstinin istənilən hissəsini hədəfə ala biləcək və işğal olunmuş ərazilərdə gəmilərin Aralıq dənizi sahillərinə çatmasının qarşısını ala biləcək dəqiq idarə olunan raketlərə malikdir.
Sionist analitik və Yaxın Şərq məsələləri üzrə ekspert Co Makron da Hizbullahın təşkilati strukturu, regional rolu və nüfuzu baxımından son 40 ildə əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib və qeyd edib ki, Hizbullahın ən böyük nailiyyətlərindən biri 2000-ci ildə İsrailə qarşı müharibədir. Məhz bu müharibə nəticəsində İsrail ordusu Livanın cənubundakı işğal olunmuş ərazilərdən geri çəkilməyə məcbur edilmişdir. Onlar Misir və İordaniya ilə əldə edilmiş razılaşmaya bənzər bir kompromis razılaşması olmadan bu qələbəyə nail olmuşlar və bununla da onlar bütün Yaxın Şərqi heyrətə gətirmişlər.
“Yediot Aharonot” qəzeti həmçinin yazıb: “Bu gün İsrail Hizbullahı ən ciddi təhdid hesab edir. Çünki bu rejimin hesablamalarına görə, Hizbullahın İsrailə tərəf yönəlmiş 150 minə yaxın raketləri var.”
