Sionist rejim mediaları Qəzzə zolağındakı müharibənin bir neçə günlük atəşkəs razılığına rəğmən işğal olunmuş Fələstinin şimalında Livan Hizbullahı ilə gərginliyin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalının çoxaldığından xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, Mearyo qəzetinin hərbi eksperti yazıb: Hamı Hizbullahla İsrailin müharibəyə doğru hərəkət etdiyini yaxşı bilir. Ötən bazar ertəsi günü Hizbullahın bizə vurduğu ağır raket zərbələr genişmiqyaslı müharibənin başlanğıcı hesab olunur desək, yanılmarıq.
Ekspertin fikrincə Hizbullahın İsrail ordusu komandanlıq qərargahına raket hücumu heç də təsadüfi hədəf deyildi və bu qaçılmaz müharibə ehtimalının güclənməsi deməkdir.
Xatırladaq ki, 7 oktyabr hadisəsindən bu günə kimi Livan Hizbullahı İsrailə min dəfədən çox raket, dron, qumbara və digər artilleriya hücumları həyata keçirib.
