Sionist rejim mediaları Hizbullahın modern silahlarla təchizatından nigarançılığını gizlətmədən ötən gün hərbi təlimlərində nümayiş etdirdiyi potensiallarına işarə edərək elan edib: Yuxularımızı kabusa çevriləcək silahları var.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, 2000-ci il mayın 25-də Hizbullahın sionist rejimi Livanın cənubundan qovması münasibəti ilə keçirilən “Müqavimət bayramı” hərbi təlimləri işğalçıların canına qorxu salıb. Məlumatda deyilir, bu təlimlərdə hələ bütün potensiallarını göstərməyən Livanın hərbi gücündən qorxuya düşən işğalçı rejim mediaları “Hizbullah nə istəyir?” sualının cavabında yazıb: Hizbullah bizim üçün ən böyük təhdiddir. Çünki son hərbi təlimlərində istifadə etdikləri silahlar, onların hərbi potensiallarının sadəcə bir qismidir və əsas silahlarını hərbi nümayişə çıxartmayıblar. Təlimlərdə zirehli silah və avtomobilləri, kamikadze PUA-larını nümayiş etdirən Livan Hizbullahı bizə lazım olan mesajı verdi.