QafqazTimes xəbər verir ki, İsrail qüvvələri bu gün (çərşənbə axşamı) İordan çayının qərb sahilinin Nablus şəhərində bir qrup fələstinlinin avtomobilini atəşə tutub.
Fələstinin “Shahab” xəbər agentliyi üç gənc fələstinlinin atışmada İsrail xüsusi təyinatlıları tərəfindən qətlə yetirildiyini bildirib.
Bəzi şahidlər bu üç gəncə və onların avtomobilinə tərəf 80-dən çox güllə atıldığını bildiriblər.
Fələstin Səhiyyə Nazirliyi də İsrail qüvvələrinin bir avtomobilə geniş miqyaslı atəş açması nəticəsində 3 fələstinlinin şəhid olması xəbərini təsdiqləyib.
Yerli Fələstin mənbələri bu üç şəhidin Fələstin Fəth hərəkatının hərbi qolu olan “Kətaib Şuhəda əl-Əqsa”-nın üzvləri olduğunu bildiriblər.
Fələstin mənbələri üç şəhidin adlarının Əşrəf əl-Mübəlsət, Ədhəm Məbruk və Məhəmməd əl-Dəxil olduğunu qeyd ediblər.
Sionist mediası isə bu şəxslərin son iki həftə ərzində dörd atışma həyata keçirdiklərini və onların daha çox əməliyyat keçirməyi planlaşdırdıqlarını və “saatlı bomba” olduqlarını iddia edib.