QafqazTimes xəbər verir ki, bəzi Fələstin telekanalları müqəddəs Ramazan ayı ərzində sionistlərin “Gilboa” həbsxanasından altı fələstinli məhbusun qaçmasından bəhs edən yeni serial yayımlayacaq.
Quds Net Xəbər Agentliyi xəbər verir ki, serial “Gilboa zəfərinin əlaməti” adlanır və “Al-Quds Al-Youm” telekanalı tərəfindən “Middle Town” şirkəti ilə birgə istehsal edilib.
Quds Net-in məlumatına görə, serial Qəzza zolağında çəkilib və Fələstin kanallarında hər gün olmaqla 30 seriyada yayımlanması planlaşdırılır. Serialın çəkilişləri bir ay yarım çəkib.
Serial altı qaçaq məhbusdan ikisinin bir əkin sahəsində gizlənməsi əməliyyatından bəhs edir. Eyni zamanda sionist hərbçilərin bu fərari məhbusları tapmağa çalışması və yol boyu nəzarət-buraxılış məntəqələri qurmaları da serialda təsvirə çəkilib.
Bu serialda həmçinin İsrail həbsxanalarındakı fələstinli məhbusların acınacaqlı vəziyyətindən də bəhs edir.
Serialın rejissoru Hisam Əbudan da bu dramın əsasən altı fələstinli məhbusun qaçışı və onların azadlığa qovuşması hadisəsini özündə əks etdirdiyini təsdiqləyib.