Sionist rejimin keçmiş generalı ABŞ prezidentinin Qəzzə üçün təklif etdiyi layihənin baş tutma ehtimalının olmadığını deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Amus Gilad dünən axşam (13 fevral) deyib: Trampın planı İordaniya və Misirin təhlükəsizliyini bir növ hədə hesab edilir və bu ölkələr Qəzzə fələstinlilərini öz ölkələrində yerləşdirmək istəmirlər.
Yədiut və Aharonut qəzetinə müsahibə verən Amus Gilad əlavə edib: İordaniya Trampın planı öz ərazisində Fələstin dövləti yaratmaq üçün sui-qəsd hesab edir və təbii ki, bu ssenarinin həyata keçirilməsi İsrailin təhlükəsizliyinə də təhlükə yaradacaq.
Gilad daha sonra deyib: İllər öncə Misir İsraillə sülh müqaviləsi bağlayıb. Amma Fələstin məsələsi Qahirə üçün həmişə əsas mövzu olaraq qalır və ağır yüklü maddi mənfəəti olmazsa, fələstinliləri öz ölkəsinə qəbul etməyəcək.