Sionist rejimin ehtiyatda olan bir generalı Qəzzə zolağın öldürülməyə göndərilən israilli hərbçilərin Həması məhv etmək qüdrətində olmadığını etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İshaq Brik deyib: İsrail rəsmiləri Həması məğlub etdikləri barədə yalan danışırlar. Çünki onlar artıq Həması məğlub edə bilməyəcəklərini anlayıblar.
İshaq Brik sonra deyib: Qəzzədə baş verənlər böyük bir biabırçılıqdır. Biz çox şeyləri itirdik. Baş nazir xalqı aldatmağa çalışır. Amma bizim ordumuz Həması heç vaxt məğlub edə bilməyəcək.
O, daha sonra deyib: İsrail hərbçiləri Qəzzəni məhv etmək üçün göndərilmişdi. Herzi Halevi öz vəzifəsində qalmaq üçün çoxlu yalanlar danışır.