Yəhudilərin yeni il bayramı günlərində sionist general Tel Əvivi təhdid edən təhüklələr və bəzilərinin ən böyük faciə olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Tel Əviv Universitetitinin tədqiqat instutunun rektoru general Taymer Haymen deyib: İranın regiondakı nüfuzu günü-gündən artmaqdadır və İranın müttəfiq ölkələri İsraili mühasirəyə almaq məqsədilə halqavari birləşirlər. Bu isə taktitki baxımdan çox təhlükəli mövqedir. İranın nüvə qüdrəti və bunun heç bir xərc çıxarmadan həyata keçməsi isə İsraili uzunmüddətli təhlükəyə salmaq deməkdir.
Haymen İsraili təhdid edən əsas təhlükənin ikinci Fələstin məsələsi olduğunu vurğulayıb. O, deyib: Bu məsələ bizi 3-cü intifazə dövrünün sərhədinə qədər gətirib çıxarıb. Bu gün Fələstinin gənc nəsli ötən nəsildən tamamilə fərqlənir və Fələstin Özünüidarə Təşkilatı isə öz xroniki zəifliyi ilə məşğuldur. Elə bu cəhətdən də bu dalğanın strateji ölçüləri olan taktiki problemə çevrilib. Əbu Mazenin (Mahmud Abbas) hakimiyyətdən getməsi və ertəsi gün onun əvəzinə gələcək şəxs də problemin önəmli tərəfidir.
Haymen FÖT-ün süqut etməsindən nigarançılığını gizlətmədən deyib: Özünüidarə Təşkilatı dağılarsa, İsrail çox faciəli bir vəziyyətə düşər. Çünki FÖT çökməsi ilə fələstinlilər vahid bir dövlət təşkil edərək daha da güclənə bilərlər. İsrailin hazırkı keşməkeşli siyasi vəziyyətində fələstinlilərin güc potensialını nəzərə alarıqsa, vəziyyət daha da gərginləşəcək.
Sionist general Haymenin fikrincə İsraili təhdid edən 3-cü təhlükəli amil ABŞ-la diplomatik əlaqələrdəki durğunluq və Netanyahu kabinetinin Bayden dövləti ilə intriqalı rəftarlarıdır.
Haymenin ifadəsinə görə Tel Əvivi təhdid edən 4-cü təhlükə isə ictimai məsələlərdə yaranmış uçurumlardır. Çünki hal-hazırda İsrail daxilində cəmiyyət arasında misli görünməmiş problemlər var və son zamanlar “məhkəmə islahatı” layihəsi üzündən insanlarda etiraz hissi daha da güclənib.