Sionist rejim generalları medialarda Həmasın möcüzəli mühəndisliyi barədə fikirlərini gizlətmirlər.
Təsnim İnformasiya Agentliyinin bu günə (27 iyul)məlumatına əsasən, İsrailin 12-ci kanalı yüksək rütbəli hərbçilərə istinadən deyib: Müharibə əsnasında getdikcə Əlqəssam batalyonları və Həmasın tunel şəbəkələrinin möcüzəli mühəndislik qüdrətini anlamağa başlamışıq.
Zabitlərin sözlərinə görə Həmasın inşa etdiyi tunellər ideal surətdə uzunmüddətli müharibə üçün nəzərdə tutulub və İsrail müharibədən 9 ay ötməsinə baxmayaraq hələ də bu tunellərin strukturunu tamamilə kəşf edə bilməyib. Belə ki, hər gün yeni bir mühəndislik potensialı ilə qarşılaşırıq və onları su ilə doldurmaq planımız da uğursuzdur.
Yüksək rütbəli bu sionist general əlavə olaraq deyib: Həmas hərbi texnika, locestik təchizat və qırıcı qüvvələrini Qəzzənin istənilən bir yerinə aparmaq qüdrətinə malikdir. Belə ki, yerin altında olan tunellər inanılmaz dərəcədə kamuflaj edilib.