Qəzzə zolağında atəşkəs razılaşmasından sonra bir sionist analitik Həmasın xalqın bətnindən doğulduğu üçün etibarlı, möhkəm və əzkar olduğunu vurğulayıb.
Qafqaztimesin xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Ran Ben Yəşa bu gün (20 yanvar) deyib: Həmas – Qəzzə, Qəzzə isə Həmas deməkdir.
Yediut Aharanut qəzetinə müsahibə verən hərbi təhlilçi Ran Ben Yəşa əlavə edib: Həmasın özünü Fələstin xalqına qəbul etdirdiyi əcnəbi və dini radikal bir hərəkat olmadığını etiraf etməyin vaxtıdır. Həmas 2 milyon fələstinlinin bətnindən doğulmuş, xalq arasında yüksək ideologiyaya sahib etibarlı bir təşkilatdır.
Ran Ben Yəşa sonda Həmas barədə real həyatda heç bir mənası olmayan “tamamilə məhv olma” və “İsrailin Həmasa qalib gəlməsi” kimi ifadələr bir nağıl olduğunu qeyd edib.
