Amerika qəzeti yazıb ki, HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri seçiləndən sonra istişhad əməliyyatlarının bərpa olmasının zəruriliyini vurğulayıb.
“Wall Street Journal” yazıb ki, sionist rejimin casusluq agentliyinin yüksək vəzifəli məmurları, HƏMAS-ın siyasi ofisinin rəhbəri Yəhya Əl-Sinvarın Həmas fəallarına “şəhidlik əməliyyatını canlandırmağın vaxtıdır” məzmunlu mesaj göndərdiyini bildirib.
Bu hesabatda etiraf edilib ki, Əl-Sinvarın HƏMAS-ın siyasi ofisinin rəhbəri seçilməsi ilə işğal altındakı Fələstində şəhidlik əməliyyatlarının canlandırılması ehtimalı xeyli artıb. Əl-Sinvar uzun müddət HƏMAS-ın Qəzzadakı ən yüksək vəzifəli şəxsi olub və HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyənin ötən ilin avqustunda şəhid olmasından sonra hərəkatın rəhbəri olub.
Dünən Həmas hərəkatı Yaffa və Beersəbdə son iki əməliyyata görə məsuliyyəti öz üzərinə götürüb. Yaffa əməliyyatında 7 sionist öldürülüb, 6 nəfər yaralanıb. Beersəbdə bir sionist polis öldürülüb, daha 24 nəfər yaralanıb.
Qafqaztimes
Al-alam