Dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda “Qantas Airways” aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatında qeyd olunub.
Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin “Airbus A380” təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.
Təyyarə yerli vaxtı ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.
Bakı aeroportunda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.
Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.
Qeyd edək ki, “Airbus A380” iki göyərtəli və dünyanın ən geniş sərnişin təyyarəsidir.
Xatırladaq ki, bu, A380 təyyarəsinin kapitanlarının Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdikləri ilk qəza eniş sorğusu deyil. Dünyanın hər hava limanı belə böyük təyyarəni qəbul etmək imkanına malik deyil – bunun üçün kifayət qədər uzun və davamlı uçuş-enmə zolağı və təyyarəyə xidmət göstərmək üçün zəruri avadanlıq mövcud olmalıdır.
4 şərhlər
порно видеочат с девушками. Click Here:👉 http://rt.livepornosexchat.com/
I’ve been looking for photos and articles on this topic over the past few days due to a school assignment, bitcoincasino and I’m really happy to find a post with the material I was looking for! I bookmark and will come often! Thanks 😀
Your article has answered the question I was wondering about! I would like to write a thesis on this subject, but I would like you to give your opinion once 😀 majorsite
Your writing is perfect and complete. casinosite However, I think it will be more wonderful if your post includes additional topics that I am thinking of. I have a lot of posts on my site similar to your topic. Would you like to visit once?