Beynəlxalq ictimaiyyətin qınağını qazanan İsveç dövləti Silvan Momikanın Quran yandırmasına mane ola bilmir.
Əl Aləm telekanalı dəfələrlə islam müqəddəsatına hörmətsizlik etməyən Silvan Momikanın Quran yandırdığından xəbər verir.
Məlumata görə dünən (3 sentyabr) İraq əsilli İsveç vətəndaşı ekstremist Silvan Momika Malmo şəhərində Quran yandırıb.
Media vasitələri Momikaya mane olmaq isəyən şəxsin İsveç polisi tərəfindən maneələrlə rastlaşdığı və israrında sonra hətta həbs edildiyi barədə məlumatlar yayıb.
Bu insident İsveç polisi qarşısında olub və etiraz edənlər həbs edilib.
Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Başda Türkiyə, İraq, Pakistan, İndoneziya və Əfqanıstan olmaqla, bir çox dövlətlər, o cümlədən ABŞ və Rusiya, eləcə də İslam ölkələri hadisəyə reaksiya verib.
