Livan Hizbullahı baş katibinin müavini İsrail təcüvüzlərinin genişlənəcəyi təqdirdə müqavimətin də daha güclü zərbələrinə səbəb olacağını vurğulayaraq deyib: Sionistlər əvvəl-axır geri çəkilmək məcburiyyətində qalacaq və onların cinayətlərinə yeganə cavab müqavimət gücüdür.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim deyib: Livanın cənubunda Qəzzə xalqına dəstək məqsədli mübarizəmizin digər bir məqsədi də onlara bizim var-gücümüzlə, nəyin bahasına olursa-olsun, dəyərlərimiz və vətənimizə sahib çıxacağımızı göstərməkdir.
Müharibənin ağır xəsartələr gətirə biləcəyini qeyd edən Şeyx Nəim Qasim sionist düşmənə ikiqat xəsarət verəcəyini diqqət mərkəzinə çəkərək deyib: Bizimlə onların arasındakı fərq bizim haqlı olmamız və Allaha bəslədiyimiz imanla qalib gələcəyimizdir.
Hizbullah rəsmisi 2006-cı ildə İsrailin Livana hücumundan sonra geri çəkilmək məcburiyyətində qalan sionist ordusunun Qəzzədə də məğlub olacağını vurğulayıb.