Qafqaztimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu cümə axşamı “Şəhidlər günü” münasibəti ilə çıxış edərək Livandakı son hadisələr, Səudiyyə Ərəbistanının ölkə üçün yaratdığı böhran və o cümlədən Suriya barəsində danışıb.
O, Suriya və məntəqə barəsində danışarkən, şəhidlərin ABŞ-ın bölgədəki cinayətkar planının alt-üst edilməsində böyük rol oynadığına və Hizbullahın bu müharibədə qalib gəldiyinə işarə edərək deyib: “Son günlərdə və həftələrdə ərəb liderləri və krallarının Bəşar Əsədlə təmasda olduqları barədə xəbərlər yayılır. … BƏƏ xarici işlər naziri də Suriyaya səfər edib… Bu, ərəb ölkələrinin Suriyanın qələbəsini qəbul etmələri və yüz milyardlarla dollar xərclədikləri layihənin uğursuzluğuna etiraf etmək deməkdir”.
Bu səfərin ərəb ölkələri üçün məğlubiyyət etirafı olduğuna diqqət çəkən Seyid Həsən Nəsrullah həmçinin qeyd edib: “Bu şəhidlərin və onların pak qanlarının bərəkətlərindən biri də Livan vətəndaş müharibəsinin qarşısının alınmasıdır… Biz məhz bu qan sayəsində bu müharibənin qarşısını aldıq. Onların qanının əsas nailiyyəti isə Amerikanın Livan üzərində tam hegemonluğunun qarşısının alınması oldu.”
