Ayətullah Xameneinin Ərdəbil Vilayəti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili Azərbaycan polisinin Allaha qarşı təhqiramiz ifadə işlətməsindən sonra, aclıq aksiyası keçirərək, bu polisin cəzalandırılmasını tələb edən hazırda həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadəyə müraciət edib:
“Əs-Salamu ələykum və rahmətullahi və bərəkatuh
“Mənim ağam, mənim əzizim! Sizin himmətinizi, qeyrətinizi alqışlayıram. Şükür olsun Allaha ki, bu gün həzrət Ayətullah-üzma Cəfər Sübhani bəyanat yayaraq, Hacı Teleh cənablarından istədi ki, bu aclıq askiyasına son versin, aksiyanı dayandırsın. Elə düşünürəm ki, Hacı Taleh İslam aləmində böyük nüfuz sahibi, uca məqamlı müctehidlərdən biri olan Ayətullah Cəfər Sübhaninin çağırışına əməl edəcək.
Allah-Taala haqqa dayaq olsun. Haqla güləşən yıxılmalıdır!
Allah sizə yar olsun, dayaq olsun. Ömrünüz bərəkətli olsun. İmam Zamanın (ə.c) saleh silahdaşlarından olasınız. Sağ olasınız, var olasınız.”