İran İslam Keşikçiləri Korpusunun sözçüsü sionistlərin İran əleyhinə proqramlarının uğursuz olduğunu vurğulayaraq deyib: Tezliklə bunun nəticələrinin şahidi olacaqsınız.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ramazan Şərif bu gün (9 yanvar) Sputniklə müsahibədə deyib: Biz xalqımız təhlükəsizliyi və mənafeyini müdafiə edir, bu xüsusda lazımi tədbirləri görürük.
Bir neçə gün əvvəl də Ramazan Şərif Yəmənin “Əl-Məsirə” kanalına müsahibəsində demişdi ki, İsfahan hərbi mərkəzinə uğursuz hücum edən amillərin cavabı veriləcək və onlar peşman olacaqlar. Düşmən İran əleyhinə hər hansı bir tədbirinin ağır cəzası olduğunu yaxşı bilir.
Qeyd edək ki, 29 yanvar tarixində İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı obyektində partlayış baş vermişdi. Nazirliyin bəyanatında deyilirdi: Mikro pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum baş verib. Müdafiə tədbirləri ilə PUA-lardan biri obyektin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəəsində insan itkisi olmayıb, lakin obyektin damına cüzi ziyan dəyib.