QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Sərdar Ramazan Şərif vurğulayıb: “İranın təhlükəsizliyini hədəf alan hücumun mənbəyi olan hər hansı bir bazanı məhv etmək bizim təbii haqqımızdır və bu, qırmızı xəttdir.”
Sərdar Şərif “Əl-Məsirə” ilə müsahibədə deyib: “İranın İraqdakı səfiri bəyan edib ki, o, İraq Kürdüstanı bölgəsindəki hücuma məruz qalan Mossad qərargahının, eləcə də digər iki qərargahın mövcudluğu ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib.”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü deyib: “Sionistlər özləri Kermanşahdakı bazaya gələn pilotsuz təyyarələrinin Ərbildəki qərargahlarından uçduğunu elan ediblər.”
Şərif deyib: “Əgər bizim təhlükəsizliyimiz bu ərazidə hədəf alındığı halda, İraq rəsmiləri ölkədəki digər sionist bazalarının ləğvi üçün tədbir görməsələr, biz mütləq cavab verəcəyik.”
İraq media mənbələri bazar günü səhər İraq Kürdüstanı bölgəsinin Ərbil şəhərində dəhşətli partlayış səslərinin eşidildiyini bildirib. Sabirin News bir təhlükəsizlik mənbəyinə istinadən bildirib ki, İraqın şimalındakı Ərbil şəhərində İsrailin iki qabaqcıl Mossad təlim mərkəzi ballistik raketlərlə hücuma məruz qalıb.