Sevdiyi qız ilə evlənmək istəyən gənc oğlan heç gözləmədiyi reaksiya ilə qarşılaşıb.
Pakistanda yaşayan Abdul Baqinin gözlər ailəsi tərəfindən çıxarılıb.
22 yaşlı gənc seçdiyi qıza evlilik təklifi edib. Xəbər tez bir zamanda ailənin qulağına çatıb. Atası 70 yaşlı Dost Məhəmməd və 4 qardaşı gənci bir otağa salaraq qaşıqla gözlərini çıxarıblar. Onlar hətta ananın işə qarışmaması üçün onu ayrıca bir otaqda kilidli saxlayıblar.
Gənc oğlan hadisəni belə xatırlayır: “Atam ilk olaraq mənimlə razılaşdı, lakin 3 saat sonra qardaşlarımla birlikdə atam məni bir otağa apardı və orada gözlərimi çıxarmağa başladılar”
Seçdiyi qız ilə evlənmək istədiyi üçün ailəsi gözlərini çıxardı – FOTO
Əvvəlki yazı