Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Pekindəki səfirliyindən verilən məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov, İran İslam Respublikasının yeni seçilmiş prezidenti Ayətullah Rəisiyə prezident seçilməsi münasibətilə təbrik məktub göndərib.
Məktubda deyilir ki, Şanxay Əməkdaşlıq Təşkilatı, fəal bir müşahidəçi üzv olaraq İranla əlaqələrinə böyük əhəmiyyət verir. Vladimir Norov, həmçinin seçilmiş prezidentin rəhbərliyi və dəstəyi ilə İranla Şanxay Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlərin daha da gücləndiriləcəyinə və iki tərəfin ortaq maraqlarının təmin ediləcəyinə və qarşıda duran problemlərin həll olunacağına ümidvar olduğunu bildirib.
Sonda o, yeni seçilən prezidentə vəzifələrində uğurlar diləmiş və İrana sülh və müvəffəqiyyətlər arzulamışdır.