Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb.
Su kanalının Xaçmaz rayonu, Armudpadar kəndindən keçən hissəsində, nəzarətsiz ərazidə batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Məhəmməd Elsevər oğlu Pirsaatovun axtarışları başa çatıb.
Onun meyiti batdığı ərazinin yaxınlığında, FHN-in Xaçmaz Regional Mərkəzinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.