Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri – 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıblar, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.