QafqazTimes.com Jamejam-a istinadən xəbər verir: Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni ölkəni tərk edəndən sonra ilk dəfə mediaya çıxıb. O İngiltərə mətbuatına müsahibə verib. Söhbət zamanı əsasən ölkəni Talibana nə üçün müqavimətsiz təhvil verdiyini əsaslandıran Qəni Amerika və digər müttəfiqlərini ittiham edib. Qəni deyib: ABŞ bizi Talibanla danışıqlardan kənarda saxladı. Əfqanıstanın mənafeyi tələb edirdi ki, Talibanla müzakirə aparaq. Amerika bu danışıqları inhisara aldı, hətta bizi məlumatlandırmadı da. Talibanla razılaşdılar ki, Amerika çıxır, Taliban gəlir. Mən onlara inandım və aldandım. Həqiqəti biləndə artıq gec idi…
Sabiq prezident: ABŞ aldadır!
Əvvəlki yazı
