Şabakın keçmiş rəhbəri İsrail baş nazirinin ondan digər rəsmilərin telefon söhbətləri və yazışmalarını kontrol etməsini istədiyindən xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yuram Kohen deyib: Benyamin Netanyahu məndən bəzi şəxsiyyətlərin gizli məlumatlarını ona verməmi tələb etdi.
Kan radiosuna müsahibə verən Yuram Kohen əlavə edib: Netanyahu mənə bir neçə zabit və yüksək rütbəli şəxsiyyətin adını verdi və onların telefon danışıqlarını izləməmi, həmçinin yazışmalarının surətini çıxarmamı istədi.
Yuram Kohenin dediyinə görə Tamer Bardo və Benni Qants da Netanyahunun izlənilməsi istədiyi adamlar arasındadır. Amma Netanyahu ofisi Kohenin sözlərinə reaksiya olaraq deyib: Kohen Netanyahu əleyhinə siyasi planlarda iştirak etdiyi üçün yeni dosyelər yaratmağa çalışır.
Bu xüsusda sionist rejim müxalifətinin lideri Yair Lapid də bu məsələyə münasibət bildirərək deyib ki, kimin doğru danışdığına şübhəmiz yoxdur. İstər Netanyahu olsun, istərsə də Yuram Kohen.