Həmasın əsirlər işləri üzrə bürosu sabah sionist rejimin 90 əsiri azad edəcəyindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata görə, Həmas bu gün (31 yanvar) bəyanat yayaraq elan edib: İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, vasitəçilər razılaşma çərçivəsində fevralın 1-də azad edəcəyi 90 əsirin adını təqdim edib.
Məlumata görə, sabah azad olunacaq fələstinli əsirlər arasında 9 nəfər ömürlük həbsə məhkum da var. Həmçinin onlardan birinin 81 yaşı var.
Qeyd edək ki, dünən Arbel Yehud və Gadi Mosesin azad edilməsi zamanı baş verən xaotik səhnələrdən sonra İsrailin belə hadisələrin bir daha təkrarlanmayacağına dair zəmanət aldığı bildirilir.
İsrail hökuməti həmçinin xəbərdarlıq edib ki, oxşar pozuntular baş verərsə, şənbə günü Rəfah sərhəd keçidinin məhdud şəkildə yenidən açılmasını təxirə sala bilər.