Bəziləri şəxsiyyət vəsiqələrinin vaxtı bitsə də, onu yeniləmir. Bunu isə vaxt olmamasını və ya digər səbəblərlə izah edir. Ancaq çoxları vəsiqəni 1 ay ərzində yeniləmədiyi üçün cəzalanacağından məlumatsızdır.
Görəsən, vaxtı keçən şəxsiyyət vəsiqəsinə görə vətəndaşı nə qədər cərimə gözləyir?
“Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bu suala cavab verib. O, 1 ay ərzində vəsiqə yenilənmədiyi halda şəxsin cərimə ediləcəyini bildirib.
“Vəsiqə yenilənmədiyi halda əvvəlcə vətəndaş xəbərdalr edilir. Sonra isə 20 manat məbləğində cərimə ola bilər”.