Qafqaztimes xəbər verir ki, Səudiyyə ordusunun Yəmənin şimal sərhədindəki yaşayış məntəqələrinə artilleriya hücumu nəticəsində 25 yəmənli mülki şəxs həlak olub və yaralanıb.
Əl-Məsirə-nin telegram kanalının məlumatına görə, Yəmənin Sədə şəhərinin təhlükəsizlik rəsmisi Səudiyyə ordusunun Sədə vilayətinin Mənbe sərhəd qəsəbəsindəki Əl-Raqo və Ali-Şeyx adlı iki bölgəsini hədəfə aldığını açıqlayıb.
Mənbə əlavə edib: Hücum nəticəsində ən azı 3 mülki şəxs şəhid olub, 12 nəfər, o cümlədən üç afrikalı mühacir yaralanıb.
Yəmənin təhlükəsizlik rəsmisi bildirib: Səudiyyə Ərəbistanı həmçinin sərhəddə yerləşən Şada şəhərini artilleriya mərmiləri ilə hədəfə alıb və nəticədə 10 mülki şəxs yaralanıb.