QafqazTimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib: “Səudiyyə təcavüzkar koalisiyasının sözçüsü Turki əl-Maliki limanda raketlərin izlənildiyini iddia edib. Halbuki iddia edilən görüntülər İraqdakı Amerika filmindən götürülüb.”
Əl-Məsirə-nin məlumatına görə, Yəhya Səri əlavə edib: “Təcavüzkar koalisiyasının əvvəldən bütün səyləri yalan danışmaq, faktları uydurmaq və ictimaiyyəti aldatmağa çalışmaq olub, lakin sonda yalançı ifşa olunacaqdır.”
Yəmənin Milli Qurtuluş Hökumətinin milli danışıqlar qrupunun rəhbəri də vurğulayıb: “Təcavüzkar koalisiya sözçüsünün Amerika filmindən biri hissəni kəsərək bu görüntülərin Əl-Hüdeydədəki Ənsarullah raket obyektinə aid olmasını iddia etməsi böyük rüsvayçılıqdır.”
O, əlavə edib: “Təcavüzkar koalisiyası döyüş meydanındakı itkilərini gülünc və saxta qələbələrlə ört basdır etmək istəyir.”
Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun üzvü Əbdül Məlik əl-Acri də əl-Malikinin bu qalmaqalının onun səhnədən itməsi üçün kifayət etdiyini bildirib. Onun sələfi Əhməd əl-Əsirinin yoxa çıxması kimi.
