QafqazTimes xəbər verir ki, məlumatlı qaynaqlar bildiriblər ki, Marib şəhərində Səudiyyə-BƏƏ təcavüzkar koalisiyasına bağlı onlarla üzv koalisiyanı tərk edərək Yəmən ordusuna qoşulublar.
Əl-Xəbər Əl-Yəməni xəbər saytı bu mənbələrə istinadən xəbər verir ki, Səudiyyə koalisiyasının 78 üzvü cümə axşamı günü koalisiyadan ayrıldıqlarını elan etdikdən sonra hərbi texnikası ilə Sənanın nəzarətindəki bölgələrə daxil olublar.
Bazanın məlumatına görə, həmin şəxslər Marib şəhərinin qərbində yerləşən Səhn əl-Cinn düşərgəsində yerləşdiriliblər, lakin Səudiyyə koalisiyasının Yəmənə qarşı müharibədə əsl məqsədlərinə agah olduqdan sonra Yəmən qüvvələrinə qoşulublar.
Ötən cümə axşamı da 15 əsgər və zabit işğalçı koalisiyanı tərk edərək ölkələrinin ordusuna qayıtdıqlarını bəyan ediblər. Onların arasında Maribdəki 81-ci diviziyanın komandiri, polkovnik Əbdül Rəşid Musənna əl-Sənbəri də olub.
Koalisiyadan çıxanlar ümumi əfv sərəncamı verdiyi üçün Yəmən hökumətinə təşəkkür edib və koalisiyanın təbliğatına aldanan bütün şəxsləri amnistiyadan istifadə edərək vətənlərinə qayıtmağa çağırıblar.