Qafqaztimes xəbər verir, Səudiyyə koalisiyasının qırıcıları cümə günü səhər saatlarında Yəmənin paytaxtı Sənada müxtəlif əraziləri, o cümlədən şəhərin şimalındakı əl-Səvra stadionunu bombalayıb.
Koalisiya qırıcıları əl-Səvra stadionunu üç dəfə bombalayıb.
Səudiyyə koalisiyasının qırıcıları Yəmənin paytaxtının cənubundakı Əl-Zübeyri küçəsini də bombalayaraq ciddi ziyan vurub. Yəmən mənbələri bu hücumda mülki şəxslərin yaralandığını təsdiqləyiblər.
Yəmən Ənsarullahı Əl-Səvra stadionuna hücumdan əvvəl Səudiyyə koalisiyasının Əl-Səvra stadionunda silahların olması ilə bağlı iddiasını rədd edərək medianı təcavüzkarların yalanlarını ifşa etmək üçün stadiona getməyə və oranı təsvirə almağa çağırıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin devrilmiş prezidenti Mansur Hadinin hakimiyyətini bərpa etmək üçün 2015-ci ilin aprelindən bəri yoxsul Yəmən ölkəsini ağır hava, quru və dəniz hücumları ilə hədəfə alır. Bu hücumlar nəticəsində yalnız mülki şəxslər və ölkənin infrastrukturu xəsarət görür.