QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının Ali Məhkəməsi bir neçə il müddətində Səudiyyə həbsxanalarında olan Sadiq Məcid Samir və Cəfər Məhəmməd Sultan adlı iki bəhreynli gəncin ölüm hökmünü təsdiq edib.
Cümə axşamı Əl-Əbdal internet saytında verilən xəbərə görə, Səudiyyə Apellyasiya Məhkəməsi daha əvvəl iki bəhreynli gəncin edam hökmünü 11 yanvar 2022-ci ildə qüvvədə saxlayaraq, hökmün yekun təsdiqi üçün Səudiyyə Ali Məhkəməsinə göndərib.
Səudiyyə rəsmiləri bu iki bəhreynli gənci 2015-ci ilin mayında həbs etmiş və partlayıcı maddələrin qaçaqmalçılığında ittiham olunaraq edam cəzasına məhkum etmişlər.
Əl-Vəfa əl-İslami hərəkatı dünən verdiyi açıqlamada Səudiyyə rəsmilərinə hökmün nəticələri ilə bağlı xəbərdarlıq edərək, bunun regional sabitliyin maraqlarına uyğun olmadığını və bu hökmün Ali Səud qəbiləsinin dindar Bəhreyn millətinə qarşı ağır cinayətlərinə əlavə olunacağını vurğulayıb.
Bəhreynin bu müxalifət partiyası həmçinin xəbərdarlıq edib: “Hər bir addımın özünəməxsus reaksiyası var və Bəhreyn xalqı qırğın və gənclərin vəhşicəsinə öldürülməsi siyasətinə göz yummayacaq.”