Qafqaztimes xəbər verir ki, “Əl-Xəlic Əl-Cədid” xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin hərbi məlumatlar yayan “Breaking Defense” saytı Səudiyyə Ərəbistanının “Rafael” sionist şirkəti tərəfindən istehsal olunan “Dəmir Günbəz” raketdən müdafiə sistemini almaqda maraqlı olduğunu ortaya qoyub.
Sionist veb saytına görə, İsrailin Dəmir Günbəzi, Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Səudiyyə Ərəbistanından çıxarılmasının ardından Səudiyyə hökumətinin hazırda götür qoy etdiyi variantlardan biridir.
Veb sayt həmçinin Səudiyyə Ərəbistanının ABŞ raket sistemlərini əvəz etmək üçün Çin və ya Rusiya raket sistemlərindən istifadə etmək niyyətində olduğunu bildirib.
Breaking Defense veb saytına görə, Səudiyyə Ərəbistanı hazırda “Rafael” tərəfindən istehsal edilən İsrail Dəmir Günbəzinə üstünlük verir və onu qısa mənzilli raketlərə qarşı istifadə olunan bölgədəki ən yaxşı sistemlərdən biri hesab edir.