QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Salami bu gün səhər Sepahın “Əmirəlmöminin” Elm və Texnologiya Universitetində tələbələrin qarşısında çıxış edərkən şəhidlərin xatirəsini ehtiramla yad edərək deyib: “Ölkə sərhədlərinin bütövlüyünü qorumaq üçün cihad libası geyinmək şərəfinə nail olan sizlər, ölkənin təhlükəsizliyi üçün möhkəm qalasınız.”
O, həmçinin deyib: “Sizin dəyanətli və güclü addımlarınız göstərir ki, nə qədər ki, yer üzündə sədaqətli və sadiq insanlar hazırdırlar, heç bir qüvvə bu ölkəyə təcavüz edə bilməyəcək. Bu gün Sepah-nın quru qoşunları İslam düşmənlərinə qarşı ölkənin təhlükəsizliyinin qalasıdır. Düşmənlər yaxşı bilirlər ki, bu ölkənin mənafeyinə zidd olan hər hansı bir hərəkət və hiylə cavabsız qalmayacaqdır.”
İnqilab Keşikçiləri Korpusunun Ali Baş Komandanı çıxışının başqa bir hissəsində İnqilab Keşikçiləri Korpusunun roluna işarə edərək deyib: “Bu gün hazırlıq səviyyəsinin yüksəldilməsi və dünyanın ən qabaqcıl texnikasından istifadə edilməsi nəticəsində müharibə ehtimalı çox azalıb.”