Hindistanın Mumbay şəhərinin polisi Çinin xeyrinə casusluqda şübhəli bilinən göyərçini sərbəst buraxıb.
Qeyd olunur ki, quş səkkiz ay həbsdə qalıb. Göyərçin 2023-cü ilin may ayında tutulub. Onun pəncələrinə iki metal üzük bağlanmışdı, içərisində isə çin dilində yazılar olub.
Sonradan məlum olub ki, göyərçin Tayvanın açıq sularında yarışda iştirak edirmiş və təsadüfən ölkə ərazisindən uçub gedib.
Quş hüquq-mühafizə orqanlarından müvafiq icazə alındıqdan sonra yanvarın 30-da buraxılıb.
1 şərh
Your insights are eye-opening.