Sionist mediaları Həmas lideri Yəhya Sinvarın qatili olduğu iddia edilən hərbçinin ölümlə təhdid olunmasından xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrael Hayom qəzeti dünən (5 yanvar) yazıb: Yəhya Sinvarı öldürən hərbçinin adı sosial mediada ifşa olunduqdan sonra özü və ailəsi müxtəlif yollarla ölümlə təhdid olunurlar.
Deyilənlərə görə, o hərbçi və ailəsinin təhdid olunmadığı gün yoxdur. Amma o, Sinvarın qətlində əlaqəsi olduğunu inkar edir.
Məlumatda həmçinin deyilir: Yəhya Sinvar 7 oktyabr hadisəsinin düşünən beynidir və o, ötən il oktyabr ayının ortalarında Qəzzə zolağında İsrail ordusunun bir hərbi əməliyyatında öldürüldü. Bundan sonra Sinvarın qətlinə səbəb olan hərbçinin adı sosial mediada yayılmağa başladı və beləliklə də ölüm təhdidləri onu və ailəsini rahat buraxmır.
Qeyd edək ki, sosial mediada ərəb istifadəçiləri bu hərbçi və onun ailə üzvlərinin videolarını dayanmadan paylaşır və onlar Sivar qatili adlandırırlar.
1 şərh
Ive read several just right stuff here Certainly price bookmarking for revisiting I wonder how a lot effort you place to create this kind of great informative website