Abşeronda yaşayış binasının həyətindən bahalı motosiklet oğurlanıb.
Zərərçəkmiş özü araşdırma aparıb və müəyyən edib ki, motosikleti oğurlayan şəxs bu əməli tək törədib.
Kadrlar təhlükəsizlik kameralarına düşüb. Videodan görünür ki, bir nəfər 5 500 manat dəyərində olan motosikleti əvvəlcə mühərriki işə salmadan ərazidən uzaqlaşdırır, daha sonra isə mağazadan su alaraq Binəqədi istiqamətinə gedir.
Zərərçəkmiş Əliheydər Novruzlu deyir ki, motosikletini saxlayıb, avtomobili ilə rayona gedib. Qayıdarkən motosikletin yerində olmadığını görüb və polisə məlumat verib.
Hadisə yerinə Abşeron rayon hüquq-mühafizə orqanlarının əməkdaşları da gələrək baxış keçiriblər. Onlar Əliheydər Novruzludan hadisənin necə baş verməsin barədə izahat aldıqdan sonra gediblər. Zərərçəkmiş iddia edir ki, həmin şəxs əvvəldən onu izləyib, daha sonra cinayəti törədib.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: