“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.
Yanğınla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara görə, yanğın bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində yerləşən mebel mağazalarından birinin anbarında başlayıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “Sədərək” ticarət mərkəzi ərazsində yanğın olması barədə nazirliyin “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb.
“Sosial şəbəkədə yanğın barədə yayılan görüntülərlə bağlı nazirliyin qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən ticarət mərkəzində hər hansı yanğln hadisəsi baş vermədiyi aydın olub”, – deyə qurumdan bildirilib.
Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırdığı məlum olub.