QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanında tanınmış müxalifətçi hüquqşünas, “Twitter” hesabının olması və Səudiyyə krallığında “düşmənçilik” sayılan xəbərləri paylaşmaq üçün WhatsApp-dan istifadə etmək kimi ittihamlara görə edam cəzasına məhkum edilib.
65 yaşlı Əvəz Əl-Qərəninin həbsi 2017-ci ilin sentyabrında yenicə vəliəhd kimi təqdim edilən Məhəmməd bin Salmanın müxalifəti sıxışdırmağa başladığı vaxt həyata keçirilib. Ötən il Səudiyyə Ərəbistanından qaçan və hazırda Britaniyada sığınacaq istəyən Əl-Qərəninin oğlu Nasir “The Guardian”-a ona qarşı irəli sürülən ittihamların təfərrüatlarını təqdim edib.
Məlumata görə, Əl-Qərəni Ər-Riyadın nəzarətində olan mediada təhlükəli moizəçi kimi göstərilib, lakin Səudiyyə müxalifətinin fikrincə, o, sosial şəbəkələrdə böyük, o cümlədən “Twitter”-də iki milyon izləyicisi olan mühüm və tanınmış ziyalıdır.
Mühacirətdə yaşayan insan haqları müdafiəçiləri və səudiyyəli müxaliflər xəbərdarlıq ediblər ki, Səudiyyə hökuməti Səudiyyə hökumətini tənqid edən insanlara qarşı yeni və sərt repressiyaya başlayıb. Ötən il doktorant və iki uşaq anası olan Səlma əş-Şahab Twitter hesabının olmasına və müxaliflərin Twitter hesablarını izlədiyinə, onların və digər fəalların tvitlərini təkrar dərc etdiyinə görə 34 il həbs cəzasına məhkum edilmişdi. Nura əl-Qahtani adlı başqa bir qadın isə Twitterdən istifadə etdiyinə görə 45 il həbs cəzasına məhkum edilib.
Bu hesabata görə, Nasir əl-Qərəninin paylaşdığı sənədlər Səudiyyə krallığında sosial şəbəkələrdən və digər telekommunikasiya vasitələrindən istifadənin bin Salmanın vəliəhd olduğu vaxtdan etibarən cinayət hesab olunduğu göstərilir.