QafqazTimes xəbər verir ki, 16 ədəd “Bulava” ballistik raketi daşıyan Rusiya nüvə sualtı qayığının ABŞ sahillərində gözlənilmədən görünməsi Vaşinqtonda ciddi narahatlığa səbəb olub.
“Pravda” qəzetinin yazdığına görə, Rusiyanın “Klas Berri” sualtı qayığı xəbərsiz ABŞ sahillərinə yaxınlaşıb. Rusiya qəzetinin yazdığına görə sualtı qayıq bir neçə dəqiqə ərzində ABŞ ərazisinin çox hissəsini məhv etmək iqtidarında olan 160 nüvə başlığı daşıyırmış.
“Pravda” sualtı qayığın ABŞ-ın hansı sahillərinə yaxınlaşdığını qeyd etməyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, Rusiya Kuba və ya Venesuelada hərbi-dəniz bazaları tikməyə qərar verərsə, Rusiyanın nüvə sualtı qayıqları ABŞ sahillərində daimi patrulluq edə biləcəkdir.
ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gərginlik son aylarda kəskin şəkildə artıb. Ukrayna iddia edir ki, Rusiya öz sərhədləri yaxınlığında qoşun toplamaqla hərbi hücuma hazırlaşır. Moskva isə bu da ittihamları rədd edib.
