Rusiyanın Stavropol diyarında qəzaya uğrayan “Tu-22M3” təyyarəsinin ekipaj üzvlərindən birinin cəsədi tapılıb.
Bu barədə Stavropol vilayətinin rəhbəri Vladimir Vladimirov məlumat yayıb.
O əlavə edib ki, hazırda dördüncü ekipaj üzvünün axtarışları davam etdirilir.
Xatırladaq ki, hadisə zamanı katapult edən dörd pilotun ikisi axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib və onlar xəstəxanaya yerləşdiriliblər.