Rusiyanın Sverdlovsk vilayətinin Tayojnı qəsəbəsində çoxsayda ev yanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın 20-dən çox evi əhatə edib.
“21 ev yanıb, onlardan 16-sı yaşayış evidir. 27 nəfər, o cümlədən 3 uşaq təxliyə olunub”, – Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bununla yanaşı, vilayətin Sosva qəsəbəsində isə daha 50-dək tikilinin yandığı vurğulanıb. Yanğın vilayətin digər yaşayış məntəqələrində də müşahidə olunub.
Qurum əlavə edib ki, təxliyə edilənlər müvəqqəti yaşayış məntəqəsinə yerləşdirilib. Məlumata görə, baş verənlərlə bağlı bir neçə versiya üzərində iş aparılır. Yanğının quru otlardan başlaması və ya alovun meşədən gəlməsi ehtimal olunur.