Rusiyanın Blaqoveşşensk şəhərində qorxunc hadisə baş verib. Belə ki, regionda müşahidə olunan 50 dərəcə isti səbəbindən qara uzunqanadların balaları çoxmərtəbəli binaların damlarından özlərini atırlar.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Bildirilir ki, buludsuz səmada yandırıcı Günəş qara uzunqanadların yuvalarının yerləşdiyi çardaqları qızdırır. Nəticədə ora soba kimi isinir, havası boğucu olur. Quş balaları da bir az sərin hava almaq üçün yuvalarından çıxır və damdan yıxılırlar. Ancaq bu yaşda sümükləri çox elastik olduğu üçün onlar sağ qalırlar.
Quş balalarının əksəriyyəti tapılır və yerlilər tərəfindən baytarlıq mərkəzinə təhvil verilirlər. Hazırda mərkəzdə onlarla quş reabilitasiya olunur.
O da vurğulanır ki, bu quşların populyasiyası azalır. Səbəb binaların yenidən qurulması və bitkilərin üzərinə kimyəvi maddələrin səpilməsidir.